Putinin yüksək vəzifə verdiyi neftçalalı general KİMDİR? - DOSYE

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor Aleksandr Bıkov sözügedən qurumun rəisi vəzifəsinə təyin edilib.
Aleksandr Bıkov 1978-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, general-mayor Aleksandr Bıkov Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
O, 2019-cu ilin fevral ayından Moskva "QAİ"sində rəis müavini olub. Aleksandrın atası İqor Bıkov vaxtı ilə Bankə yerləşən hərbi hissədə zabit kimi qulluq edib. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən o zamanlar rus dilli Səməd Vurğun adına 2 saylı orta məktəbdə alıb.
Sonradan hərbi hissə yerini dəyişdiyi üçün Aleksandr Bıkov valideynləri ilə birgə Rusiyaya qayıdıb. Onun iki ali təhsili var, hüquq elmləri namizədidir. Aleksandr Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta rusdilli məktəbdə alıb. Sonradan Rusiyaya köçüb. Aleksandr Bıkovun 42 yaşı var.
Bıkov "İctimai asayişi qorumaqda üstünlüyə görə" medalı ilə təltif olunmuş, Rusiya Daxili İşlər Nazirliyinin fəxri işçisidir, silah mükafatına sahibdir.///metbuat.az
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












