Qar yağır, sel keçir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən Avtosfer.az-a verilən xəbərə görə, yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub.
Yüksək dağlıq ərazilərdə Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınır.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənib.
Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qırız, Şahdağ, Daşkəsən, Lerik, Göyçada duman müşahidə olunmuşdur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












