“Qarabağ“ bu il ÇL-də ilk dəfə məğlub oldu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən oyunda hesabı 1-ci dəqiqədə “Qarabağ” açıb. Leandro Andrade fərqlənib.
İspaniya klubu 40-cı dəqiqədə bərabərlik qolunu vurub. Qorka Quruseta topu “Qarabağ”ın qapısından keçirib.
İkinci hissədə meydan sahibləri daha 2 dəfə fərqlənərək qalib gəliblər. Əvvəlcə 70-ci dəqiqədə Robert Navarro adını tabloya yazdırıb. 88-ci dəqiqədə isə Qorka Quruseta dubl müəllifi olub.
Bununla da Ağdam klubu 3:1 hesabı ilə məğlub olaraq cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












