“Qarabağ” ordenli zabit: “Şuşada yaralandım” - FOTO

Vətən müharibəsi qəhrəmanlarından biri də baş leytenant Rauf Mustafayevdir.
Oxu.Az “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verir ki, baş leytenant R.Mustafayev, işğalda olan torpaqlarımızın azad olunması ilə başa çatan uğurlu əks-hücum əməliyyatında da fəal iştirak edib.
Zabit Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Şuşa şəhəri istiqamətində gedən ağır döyüşlərdə öz mərdliyi və igidliyi ilə seçilib.
Hətta onun şücaətindən, vətənpərvərliyindən, qorxmazlığından döyüş yoldaşları da ağızdolusu danışır.
Şanlı qələbəmizin iştirakçılarından olan gizir Elnur Həsənov qeyd edir ki, döyüşdə yaralandığı vaxt ona ilkin tibbi yardımı məhz Rauf göstərib. Cəsarət nümayiş etdirərək, yaralanan silahdaşının atəş nöqtəsi altından təhlükəsiz əraziyə təxliyə olunmasına köməklik göstərib.
Döyüş yoldaşının həyatını xilas edən zabit, sonra yenidən qəhrəmancasına döyüşməyə davam edib. Həm komandir kimi şəxsi heyətin idarə olunmasında, həm də döyüş tapşırıqlarının icrasında igidlik və bacarıq nümayiş etdirib. Noyabrın 4-də ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.
Vətən müharibəsi başa çatdıqdan sonra baş leytenant R. Mustafayev Prezidentin sərəncamı “Qarabağ” ordeni ilə təltif edilib.
Döyüşü sona qədər davam etdirə bilmədiyindən çox təəssüfləndiyini bildirən zabit Azərbaycan Ordusunun tarixi qələbəsindən və bu müqəddəs savaşın iştirakçısı olmaqdan qürur duyduğunu bildirir.
“Şuşa şəhəri ətrafında gedən döyüş zamanı ağır yaralandım və döyüş meydanını tərk etməli oldum. Müzəffər Ali Baş Komandanımızın Şuşa şəhərinin azad olunması və qələbə xəbərini alanda çox sevindim. Bu sevincim yaralarıma da məlhəm oldu. Həm sevinirdim, həm də bu tarixi zəfərdə pay sahibi olduğum üçün qürurlanırdım. Xalqımıza qələbə sevinci yaşadanların sırasında olmaqdan fərəhlənirdim. Həmin hissləri sözlərlə ifadə etmək mümkünsüzdür. Bizim tək amalımız var idi - əzəli torpaqlarımızı düşməndən azad etmək. Bu missiyanı möhtəşəm qələbə ilə başa vuran bütün silahdaşlarımızı təbrik edir, şərəfli və müqəddəs yolda şəhid olan qardaşlarımızın ruhunu ehtiramla yad edirəm”.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











