"Qarabağdakı ermənilər silahlı qüvvələrini tərksilah edirlər" - Hikmət Hacıyev

"Bu, məhdud bir əməliyyat idi, nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirildi. Və bu gün biz şadıq ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılıb. Qarabağ ermənilərindən də bizə məlumat daxil olub ki, onlar yerlərdə silahlı qüvvələrini tərksilah edirlər".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"a müsahibəsində eyib.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirib: "Bakı açıq şəkildə bəyan edib ki, əgər onlar tərksilah olsalar və ya bu qərara gəlsələr, o zaman Azərbaycan dəfələrlə ölkənin müxtəlif şəhərlərində dialoqa dəvət etdiyimiz Qarabağ erməniləri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq, bizim onları reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəvət etdiyimizi bir daha təsdiqlədi.
Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi nə qədər tez bağlansa, bütün region üçün bir o qədər yaxşıdır. Azərbaycan da inteqrasiya olunmuş Qafqaz regionu konsepsiyasını dəstəkləyir. Ermənistan ərazi iddiaları ilə çıxış etməkdənsə, qonşuları ilə mehriban qonşuluq münasibətlərinə can atmalıdır".
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












