Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb

Qaradağda anbarlardan birindən 106 min manat dəyərində 84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










