Qardaşının keçmiş arvadı ilə yaşayan gənci güllələyərək öldürüb

Ötən il Bərdə rayonu Lənbəran kəndində tanışı, 32 yaşlı İsrafil Hüseynovu güllələyərək qətlə yetirən 1973-cü il təvəllüdlü S.Hacıyevin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, S.Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, S.Hacıyevin qardaşı 2019-cu ildə həyat yoldaşından boşanıb və 2021-ci ildə vəfat edib. Bundan sonra mərhumun həyat yoldaşı İ.Hüseynovla birgə yaşamağa başlayıb. S.Hacıyev və qohumları qardaşının keçmiş arvadının övladları ilə birgə İsrafillə yaşamasına etiraz ediblər və münaqişə baş verib.
Bundan sonra S.Hacıyev İsrafili qətlə yetirmək qərarına gəlib və avtomobilinə silah qoyaraq onu görəndə güllələyəcəyini bildirib. Hadisə baş verən gün də S.Hacıyev İsrafilin maşınla gəldiyini görərək onu saxladıb və yolun kənarında 2 dəfə atəş açaraq qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacıyevə 11 il həbs cəzası təyin edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












