Qatarlara daş atanlarla bağlı cərimələr artırılır

Dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulmasına görə cərimələr artırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə yüz manat məbləğində cərimə edilir.
Eyni zamanda Məcəlləyə əsasən, yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə cərimə də artırılır. Bu inzibati xətaya görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən bu məbləğ yüz manat məbləğindədir.
Layihəyə əsasən, yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə də inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu xətaya görə yüz əlli manat məbləğində cərimə edilir.
Müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












