Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb - FOTO - VİDEO

Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən ev sahibi Rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb.Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir















