Qaxda narkotacirdən 10 kq narkotik götürülüb - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı sellofan torbada 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı N.Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. M.Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












