Qayda pozmayan sürücü cərimələnib - VİDEO

Avtomobilinə gələn cəriməni ödəyən şəxs sonradan müəyyən edib ki, protokol başqa sürücüyə məxsusdur.
Hadisə Sabirabad sakini Anar Fərzəliyevin başına gəlib.
Sürücü deyir ki, bir neçə gün əvvəl onun mobil telefonuna cərimə protokolunun olması barədə SMS bildiriş gəlib. Anar Fərzəliyev ona tərtib olunmuş cəriməni ödəyib.
Anar Fərzəliyev cəriməni ödədikdən sonra məlum olub ki, ona göndərilən cərimə protokolu Bakı-Qazax magistralında tərtib olunub. Cərimə tərtib olunan avtomobil isə ona məxsus olan minik avtomobili yox, Salyan rayon sakininin idarə etdiyi mikroavtobus olub.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, problem texniki səhv ucbatından baş verib. Onun sözlərinə görə, Anar Fərzəliyevə məxsus avtomobilin nömrə nişanının sonuncu rəqəmi sistemdə 492 kimi yox, 497 kimi oxunub. Əgər bundan sonra eyni hal təkrarlansa, vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












