Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ

Lənkəran rayonu Nərmanabad qəsəbəsində külli miqdarda narkotik vasitə ələ keçirilib. Narkotik vasitə ölkə ərazisinə İrandan Xəzər dənizi vasitəsi ilə gətirilib. Narkotiki 4 butulka araqla dəyişiblər.
Avtosfer.az xəbər verir ki, narkotiki gətirən iranlı qayıqla qaça bilib. Amma narkotiki götürməyə getdiyi deyilən 3 azərbaycanlı saxlanılıb. Onlardan ikisi bəraət alaraq azadlığa çıxıb.
İş üzrə təqsirləndirilən əsas şəxs Eduard Əliyev olub. Onunla birlikdə qeyd edilən əraziyə gedənlər Nurəddin və Murad adlı tanışları olub.
İstintaq belə qənaətə gəlib ki, Eduard Əliyev tanışları ilə əvvəlcədən razılığa gələrək Lənkəran rayonu Nərimanabad qəsəbəsinə gediblər. Eduard əvvəlcədən razılaşdığı İran vətəndaşından həmin əraziyə gətiriləcək narkotiki götürməli imiş. Eduard aldığı narkotikin qarşılığında pulla yanaşı, iranlıya 4 butulka araq da verib.
Dostlar hadisə günü Xəzər dənizi sahilində istirahət də ediblər. Yeyiblər, içiblər, çimiblər...
Rəsmi məlumata görə, Edurad Əliyev yoldaşlarına demədən 22:40 radələrində DSX-nın “Balıqçılar” sahil nəzarəti bölməsində 7 kq marixuana, 1,7 kq heroin, 400 ədəd metadon və 660 qram metamfetamini İran vətəndaşından alıb.
Həmin zaman Dövlət Sərhəd Xidməti əməkdaşları ərazidə əməliyyat keçirib. Eduard narkotiki ataraq ərazidən uzaqlaşıb. Gecəni ərazidə gizlənib. Hava işıqlananda isə saxlanılıb.
Eduard Əliyev bildirib ki, narkotiki iranlı Vəhdət adlı şəxsdən alıb. Onlar 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olublar.
“Hadisədən bir neçə gün əvvəl Vəhdətlə telefonla danışdıq. Qayıqla yarım kiloqram qurudulmuş marixuana göndərməsi barədə razılaşdıq. Mənim bu danışığımdan Nurəddin və Mərdanın xəbəri olmayıb. Onları Lənkərana dincəlmək, istirahət etmək adı ilə aparmışam. Narkotiki götürəndə də bilməyiblər. Vəhdətə 1300 manat pul göndərəcəkdim”- deyə Eduard əlavə edib.
Onun ifadəsində maraqlı bir məqam da diqqət çəkib. Eduard iranlı Vəhdətə 1300 manatla yanaşı 4 ədəd araq da alıb. Hadisə vaxtı araqları Vəhdətə verməyə imkan tapıb. Sərhəd Xidmətinin əməkdaşları gələnə qədər Vəhdət araqları da götürərək aradan çıxa bilib.
Onun sözlərinə görə Vəhdətin 11 kiloqram narkotik gətirdiyini bilməyib: “Biz 500 qrama razılaşmışdıq. O, sahilə çatanda araqları verdim, narkotiki atıb qaçdı. Sonra da Sərhəd Xidmətinin əməkdaşları gəldi. Mən də narkotiki atıb qaçdım. Gizləndim, amma hava işıqlananada məni tutdular”.
İş üzrə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşları da ifadə veriblər.
Eduard Əliyevlə birlikdə saxlanılan şəxslər Murad İbrahimli və Əlazadə Nurəddin olub. Onlar ifadə verən zaman deyiblər ki, Eduardın narkotik gətirməyə getdiyini bilməyiblər. Onlar sadəcə Bakıdan Lənkərana istirahətə gəliblər.
Məhkəmə araşdırması zamanı bu işdə yalnız Eduard Əliyevin günahkar olduğu qənaətinə gəlinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eduard Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki şəxsin əməli sübuta yetirilmədiyi üçün onlar barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıblar.(musavat)
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










