Qaz təchizatı sektorunda dövlətin yeni vəzifələri müəyyənləşdirilir

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri müəyyənləşdirilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılar olacaq:
- qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
- qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
- qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.
Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləri aşağıdakılar olacaq:
- enerji təhlükəsizliyinin təmin edilməsi;
- qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
- istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.
Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılar olacaq:
- regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
- qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
- təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
- enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
- qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
- qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
- istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
- qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












