Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard dollar sərməyə qoydu

Qazaxıstan Şərq ilə Qərb arasında geosiyasi və geoiqtisadi körpü rolunu oynayır.
Avtosfer.az “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov “KGIR-2025” qlobal investisiya dəyirmi masası zamanı bildirib.
O, ölkəsinin inkişaf etməkdə olan nəqliyyat və enerji dəhlizləri üçün mühüm mərkəz olduğunu qeyd edib.
Nazir müavini əlavə edib: “Son onilliklər ərzində Qazaxıstan nəqliyyat infrastrukturunun inkişafına 35 milyard dollardan çox sərmayə qoyub, o cümlədən 21 min kilometr dəmir yolu, 95 min kilometr avtomobil yolu və iki Xəzəryanı liman - Aktau və Kurık istifadəyə verilib” .
Alibek Kuantırov qeyd edib ki, hazırda Qazaxıstandan səkkiz beynəlxalq dəhliz keçir.
“Bu, Qazaxıstanı “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzinə və Çin, Avropa İttifaqı və Mərkəzi Asiya üçün əsas nəqliyyat tərəfdaşına çevirir”, - deyə nazir müavini bildirib.
O, Orta Dəhlizin ən dinamik marşrut olduğunu vurğulayıb. 2024-cü ildə bu marşrut üzərindən tranzit həcmi 60% artaraq 4-5 milyon tona çatıb.(azertac)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












