Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama yaydı

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı ibtidai istintaqın məlumatları ictimaiyyətə açıqlanmayıb.
Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğunun dərc etdiyi məlumat bunu deməyə əsas verir.
"Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanı təmin etmək üçün bütün tədbirlər görülür. Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq, ibtidai istintaq məlumatları açıqlanmır", - Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğunun yaydığı açıqlamada qeyd olunur.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olublar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












