Qazaxıstan və Gürcüstan nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirir

Astana şəhərində “Qazaxıstan temir jolı” milli şirkətində (“Qazaxıstan Dəmir Yolları” ASC) “Gürcüstan Dəmir Yolu” ASC-nin, Gürcüstan liman və terminal şirkətlərinin (“APM Terminals”, “Pace Georgia”), eləcə də Qazaxıstanın yükdaşıma şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Qazaxıstan temir jolı” ASC-nin məlumatına görə, görüş dialoq formatında təşkil olunub və məqsəd Qazaxıstan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də daşımaların səmərəliliyinin artırılması olub.
Müzakirələrin əsas mövzularını ixrac daşımalarının təşkili, yük axınlarının proqnozlaşdırılması, habelə dəmir yolu administrasiyaları ilə yükdaşıyıcılar arasında sabit və sistemli qarşılıqlı əlaqənin qurulması məsələləri təşkil edib.
Dəyirmi masada bu istiqamət üzrə neft və neft məhsulları, qara və əlvan metallar, taxıl və digər məhsullar ixrac edən Qazaxıstanın ən iri şirkətləri iştirak edib. Çıxış edənlər vurğulayıblar ki, Gürcüstan istiqamətində həyata keçirilən daşımalar Qazaxıstanın logistika sistemində, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) çərçivəsində xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, cari ilin doqquz ayı ərzində Qazaxıstan ilə Gürcüstan arasında daşımaların həcmi təxminən 2,85 milyon ton təşkil edib. Bunun 2,1 milyon tondan çoxu Gürcüstan ərazisi vasitəsilə ixrac marşrutu üzrə daşınan yüklərin payına düşüb.
Qazaxıstan taxılının daşınmasında 80 dəfə artım (3 mindən 240 min tona qədər) qeydə alınıb, əlvan metalların daşınma həcmi isə 10 faiz artıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












