Qazaxıstan Xəzər sahillərində atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir

Qazaxıstanın qərbində Xəzər dənizinin sahilləri atom elektrik stansiyasının (AES) mümkün yerləşdirilməsi üçün potensial məkan kimi nəzərdən keçirilir.
Avtosfer.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə respublikanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev brifinqdə bəyan edib.
Onun sözlərinə görə, kiçik və ya orta güclü reaktorlarla atom stansiyasının tikintisi imkanları ilə bağlı müvafiq tədqiqatlar yaxın zamanda aparılacaq.
Satkaliyev qeyd edib ki, tədqiqatlar zamanı bütün təhlükəsizlik tələblərinə uyğunluq öyrəniləcək.
O, Qazaxıstanın qərbində artıq nüvə obyektinin yerləşdiyini xatırladıb - dünyanın ilk sürətli neytronlu təcrübi reaktoru "BN-350" 1973-cü ildə Şevçenko şəhərində (hazırda Aktau) istifadəyə verilib. 1999-cu ildə respublika hökuməti reaktorun istismardan çıxarılması haqqında qərar qəbul edib.
Qeyd edək ki, Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya, İran və Türkmənistan da Xəzər dənizinə çıxışa malikdir. Xəzər dənizinin Qazaxıstan hissəsinin sahil xətti Xəzəryanı dövlətlər arasında ən uzun sahil xəttidir.
2024-cü ildə Qazaxıstanda keçirilən referendumda AES-in tikintisi ilə bağlı qərar qəbul edilib. Bu stansiyanı ölkənin cənubunda Almatı vilayətində yerləşdirəcək və "Rosatom"la tərəfdaşlıq çərçivəsində inşa edəcəklər. Satkaliyevin əvvəllər bildirdiyi kimi, ikinci AES-in də həmin vilayətdə tikilməsi planlaşdırılır. Bundan əlavə, hakimiyyət orqanları ölkənin şərqində, Abay vilayətində AES-in yerləşdirilməsi imkanlarını da nəzərdən keçirirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












