Qazaxıstan yeni nəqliyyat marşrutu ilə Türkiyəyə çıxış əldə etmək niyyətindədir

Ticarət marşrutlarının şaxələndirilməsi həmişə müsbət qarşılanıb. Marşrutlar nə qədər çox olarsa, ölkə üçün bir o qədər yaxşıdır. Avtosfer.az xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bu barədə jurnalistin Zəngəzur dəhlizinin həyata keçirilməsinin Qazaxıstan üçün açdığı imkanlar barədə sualına cavabında bildirib. O qeyd edib ki, bu marşrutun istifadəyə verilməsi əlavə tranzit və ixrac imkanları yaradır. “Bu, bizim üçün xüsusilə vacibdir”, - deyə nazir bildirib. Öz növbəsində, bu ölkənin milli iqtisadiyyat naziri Serik Jumangarin qeyd edib ki, Qazaxıstan hazırda Azərbaycan vasitəsilə Gürcüstana, Qara dəniz limanlarına olan mövcud logistikadan istifadə edir. “Bu marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, Türkiyənin dəniz limanlarına çıxışı təmin edəcək”, - deyə o bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












