Qazilər sakinlərin həyətində qanunsuz “moyka” tikir? - FOTO

Binamızın həyətində uşaqlar üçün park inşa etdirilməsi nəzərdə tutulan ərazidə qazilər qanunsuz olaraq avtoyuma məntəqəsi tikir”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə qafqazinfo-ya Yeni Günəşli 5-ci massiv, bina 21-in sakinləri müraciət edib.
Şikayətçilər bildirib ki, bununla bağlı sakinlərə heç bir xəbərdarlıq edilməyib:“Qazilər qrup halında mayın 9-u gecə saatlarında obyekti parka yerləşdiriblər, heç bir icazə sənədləri də yoxdur. Binamızın hər tərəfində park salınıb, bu ərazidə də salınması ilə bağlı qərar verilmişdi. Orada ağac əkməyə belə icazə verilmirdi. Necə oldu ki, bu adamlar belə addım atır?!”
Sakinlər bununla bağlı müvafiq qurumlara da şikayətlər ediblər: “Obyekti qeyri-iş günündə qoyduqları üçün aidiyyəti qurumlardan cavab ala bilməmişik, hələ də oradadır, qaldırılmayıb. Bütün sakinlər bundan narazıdır. 55 nəfər vətəndaş məsələ ilə bağlı polisə şikayət ərizəsi də yazıb”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə verilən cavab isə belə oldu: “Vətən müharibəsi qazisi Hüseyn Fərəcov ona məxsus olduğunu iddia etdiyi sözügedən ərazidə yüngül konstruksiyalı qaraj qoyub, RİH tərəfindən vətəndaşa qarajın götürülməsi tövsiyə edilib”.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












