Qazimiz işlə təmin edildi: ev və avtomobil də ... - FOTO

Vətən müharibəsi iştirakçısı Həsənli Sahil Rauf oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilib.
Nazirlikdən verilən məlumata görə, H. Z. Tağıyev qəsəbəsində yaşayan qazi yaşayış yerinə yaxın olması nəzərə alınaraq Agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub:
“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunan qazi müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. Sahil Həsənlinin mənzil və avtomobillə təminatı da həyata keçiriləcək. Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazi həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda Sahil Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır”.
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB











