Banner

Qazın qiyməti BAHALAŞDI - Bu ölkədə

Xəbərlər 14 Sentyabr 2026 14:06
Qazın qiyməti BAHALAŞDI - Bu ölkədə
WhatsApp kanalımıza abunə olun

Avropada qazın qiyməti min kubmetr üçün 1000 dolları ötüb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Forbes.ru" məlumat yayıb.

Məlumata görə, qazın qiymətində rekord artım Londonun ICE birjasında keçirilən hərraclarda qeydə alınıb.

Niderlandın TTF habının indeksi üzrə qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1000 dollar həddini keçib.

Hərraclar zamanı qiymət 1004 dollaradək yüksəlib. Bu, meqavat/saat üçün 84,07 avroya bərabərdir.

Daha əvvəl Avropada qış mövsümü ərəfəsində qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən qiymətlərin rekord həddə çata biləcəyi bildirilmişdi./milli.az/

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh