Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb, 4 kq narkotik aşkarlanıb - VİDEO - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən edən narkokuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əldə olunmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tanışlar, Şabran rayon sakini Fuad Sultanlı və Astara rayon sakini Şahnur Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkələrdə tanış olduqları “Əli” adlı İran vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib. Sonuncu dəfə isə onlar Bakı şəhərindən Qəbələ rayonuna gələrək burada gizlədilən narkotik vasitələri 2 min manat qarşılığında paytaxta çatdırmağa razılaşıblar.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO















