Qəbələdə narkotik satan və silah-sursat gizlədən şəxslər saxlanılıb - FOTO - VİDEO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşə yararlı lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq , eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ















