Qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir. Hadisə ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır.
Avtosfer.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb.
Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












