QHT-lərə Dövlət Dəstəyi Agentliyi ötən ilin maliyyə hesabatını verib

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü ili 8,613 milyon manat xərclə başa vurub. Avtosfer.az agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,4 % çoxdur. Ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayrılmış qrantlar üzrə xərcləri 6,397 milyon manat (əvvəlki ilə nisbətən 47,1 % çox), işçi heyəti ilə bağlı xərcləri 789 min manat (1,3 % az), ümumi və inzibati xərcləri 1,194 milyon manat (58,6 % çox), köhnəlmə və amortizasiya xərcləri 189 min manat (0,2 % az), maliyyə xərcləri isə 44 min manat (4,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 2,566 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 2,5 dəfə artaraq 795 min manata, balans kapitalı isə 2,5 dəfə artaraq 1,771 milyon manata çatıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin bu sahədə idarəetmənin təkmilləşdirilməsi 19 aprel 2021-ci il fərmanına əsasən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik QHT-lərin inkişafı, onlarla dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












