Qırıcı təyyarələrimizlə bağlı xəbər yalandır - MEDİA-dan açıqlama - YENİLƏNİB

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən açıqlama verib.
Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.
***12:48
Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən saxta məlumatda Azərbaycanın İran raketləri və kamikadze PUA-larının mümkün hücumunu dəf etmək üçün öz qırıcı təyyarələrini hazır vəziyyətə gətirdiyi bildirilib.
İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












