Qobu və Hökməlidə narkotik satan “taksi sürücüsü” saxlanıldı - VİDEO - FOTO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Növbəti əməliyyat zamanı Qobu və Hökməli qəsəbələrində, eləcə də Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb.
Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərzi aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Ceyhun Əsədovun ətrafında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib o, Sumqayıt şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışını həyata keçirib. Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












