Qorçu qəsəbəsində söküntü işləri başladı

Laçın rayonunun Qorçu qəsəbəsində söküntü işlərinə start verilib.
Avtosfer.az xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib. O, bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir:
“Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır. Söküntünün ərazisi 300 hektardır. Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, qəsəbədə 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın tikinti işləri başlayacaq, yollar salınacaq. “Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub.
Qorçu qəsəbəsi Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq”.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












