Qubada keçmiş məhkumdan 40 kq-dan çox narkotik vasitə götürülüb

Quba rayonunda keçmiş məhkum narkotik vasitələri qanunsuz olaraq kultivasiya etmə və saxlama faktına görə saxlanılıb.
Avtosfer.az-ın verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Quba rayonu, Mirzəqışlaq kənd sakini, əvvəllər məhkum olunmuş, Babayev Mirqasım Miri oğlunun və oğlu1986-cı il tarixdə Quba rayonu Mirzəqışlaq kəndində anadan olmuş Babayev Kanan Mirqasım oğlunun birgə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada 23 ədəd, həyətyanı sahədə 48 ədəd, həyətyanı sahədən təxminən 200 metr məsafədə yerləşən əkin sahəsində isə 39 ədəd ümumilikdə, 110 ədəd yaş vəziyyətdə ümumi çəkisi 40 kiloqram 797 qram olan marixuana əkilib becərməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkilərinə Babayev Mirqasım Miri oğlu və oğlu Babayev Kənan Mirqasım oğlu tərəfindən aqrotexniki qulluq olunaraq becərilməsi aşkar olunub. Bundan başqa Babayev Mirqasım Miri oğluna məxsus fərdi yaşayış evinin zirzəmisində istifadəyə yararsız qaz sobasının içərisində gizlədilmiş 3 ədəd kağız bükülüdə olmaqla ayrı-ayrılıqda 15 375 qram 0,600 qram və 0,112 qram çəkidə olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlıQuba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












