Qubada qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











