“Qubadlı” təchizat gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Qubadlı” təchizat gəmisinin əsaslı təmiri başa çatıb. Gəminin təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.
ASCO-dan Avtosfer.az-a verilən məlumata görə, təmir müddətində baş mühərriklər, braşpil və şpil qurğusu, nasoslar, hava balonları, boru sistemləri, su keçirməyən qapılar, illyuminatorlar, lyük və ventilyasiya qapaqları, lazımi elektrik avadanlıqlar təmir olunub, FRS balkasının təmir və sınaq işləri yerinə yetirilib, baş göyərtədə taxta döşəmənin qüsurlu sahələri dəyişdirilib.
Bundan əlavə təmir çərçivəsində digər işlər də yerinə yetirilib.
İşlər başa çatdıqdan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra “Qubadlı” yenidən istismara qaytarılıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












