“Qumar kralı”nın adamının şirkəti bağlandı - YENİLƏNİB

Elektron pul təşkilatı - “Paysis” MMC-nin fəaliyyəti dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, şirkət və onun rəhbəri internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllərdə ittiham olunur.
Bu səbəbdən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
“Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, “Paysis”ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib”, - məlumatda vurğulanıb.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Paysis”in direktoru “qumar kralı” kimi tanınan Yusif Baqiyevin adamı Samir Nasibovdur. S.Nasibov da hazırda həbsdədir. O, Şəkili Yusiflə birgə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qumarxana təşkil etmə cinayətlərində ittiham olunur.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












