"Qumar kralı”nın adamları azadlığa çıxdı

"Qumar kralı” Şəkili Yusifin adamları haqda 8 il həbs qərarı ləğv edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə işdəki ciddi qanun pozuntularını əsas götürərək belə nəticəyə gəlib.
Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov daha əvvəl qumar oyunları təşkil etmə və qanunsuz sahibkarlıq ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediliblər.
Hökmə əsasən Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə müttəhimlərin 1 milyon manatdan artıq qiymətləndirilən əmlakları üzərindəki həbs qərarı ləğv edilib.
Amma prokurorun protesti vəziyyəti dəyişib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib.
Yeni qərarla sözügedən şəxslər ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib, əmlakları müsadirə edilib. Apellyasiya instansiyasının qərarını isə Ali Məhkəmə ləğv edib.
Yüksək instansiya işdə qanun pozuntuları aşkar etdiyindən yenidən araşdırmaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar araşdırmanın ilk iclasında müdafiə tərəfindən vəkil Hikmət Əliyev vəsatət qaldırıb.
Müdafiəçi müttəhimlərə münasibətdə çıxarılan 8 illik həbs qərarı ləğv edildiyindən yeni qərara kimi ev dustaqlığına buraxılmalarını istəyib.
Hakimlər vəsatətdə qeyd olunan arqumentləri əsaslı hesab edib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov ev dustaqlığına buraxılıb.
Məhkəmə baxışı isə davam edəcək. Bundan sonra sərbəst mühakimə ediləcək müttəhimlər tam bəraət tələb edirlər. Qeyd edək ki, “Şəkili Yusif” özü də həbsdədir. Onun işi üzrə ibtidai istintaq davam edir.
Bakıda avtobus sürücüsü DÖYÜLDÜ - VİDEO
İşıqfor olan küçəyə şlaqbaum qoydular - VİDEO
Əhmədlidə çay evində YANĞIN - VİDEO
Bu rayonun iki ildir icra başçısı yoxdur – SƏBƏB
ADY dəmir yolunun təhlükəsizlik zonasında mühafizəni gücləndirəcək - FOTO
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT










