Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?

Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti kəskin bahalaşıb. Son 10 gün ərzində isə qiymətlar sürətlə artmağa başlayıb.
Avtosfer.az Bizim.media-ya istinadla xəbər verir ki, əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2-3 manat artım var.
Bahalaşma davam edəcək?
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, bahalaşmanın iki səbəbi var:
"Birinci səbəb odur ki, ölkəmizdə heyvanların sayı ilbəil azalır. Belə olan təqdirdə tələb təklifi üstələyir və bahalaşma davam edir. Üstəlik payız-qış aylarında ət məhsullarına tələbat artıb. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.
Amma hazırkı bahalaşmanın əsas səbəbi süni əngəllərdir. Məlumdur ki, dabaq xəstəliyi ilə bağlı bölgələrdəki heyvan bazarları bağlanıb. Eyni zamanda heyvanların daşınması da qadağan edilib. Bununla belə Bakıda və digər şəhərlərdə restoran və şadlıq evləri öz fəaliyyətlərini davam etdirirlər. Ət qıtlığından şikayət edən də yoxdur.
Deməli, kimlərsə müxtəlif yollarla yenə də heyvan daşıyırlar. Bu daşıma isə məlum səbəblərdən kifayət qədər baha başa gəlir. Ona görə də ətin qiyməti bu qədər bahalaşır. Bahalaşma ən azı qadağalar aradan qaldırılana qədər davam edəcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












