"Range Rover"lə 4 nəfəri öldürən Elşad Kəlbəliyevlə haqda YENİ İDDİALAR

Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü Elşad Kəlbəliyevlə bağlı yeni məlumatlar əldə etmişik.
“Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olan Elşad Kəlbəliyev həm də onun bacısı oğlu imiş.
Məlumatda deyilir ki, indi bacısı M.Ağayevdən dayılıq və qayınatalıq edərək onun işinin yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyi xahiş edib. Hətta iddialara görə, MMC rəhbəri kürəkəni üçün psixoloji problemlərinin olması barədə tibbi arayış almağa, cinayət işinin mahiyyətini yumşaltmağa çalışır. Onun bacısına söz verdiyi, Elşadı xilas etmək üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov araşdırmalarla qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kəlbəliyevin olduğunu müəyyən edildiyini bildirib. Həmçinin müəyyən olunub ki, E. Kəlbəliyev avtomobili sərxoş vəziyyətdə idarə edib.
E. Kəlbəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Hadisə iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində baş verib. Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.
Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.///musavat.com
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












