Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ

1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz Mehdiyevlə respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, "Kinoprokat" kimi böyük bir strukturu ləğv edən ("Kinoprokat"ın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?"
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bu ittihamları Rəşid Behbudov Fondunun direktoru, dünya şöhrətli müğənninin kürəkəni Kamil Şahverdi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu haqqında səsləndirib.
"Nəhayət ki, başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz Mehdiyev vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi, deyəsən... Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.
Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin üçüncü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.
İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədir ki, gələn il kinoya pul ayıracaqlar, ya yox..." - deyə K.Şahverdi əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib.
"Kinoya heç bir vəsait ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsaldır ki, orada elə mütəxəssislər çalışırlar ki, onlar olmasalar, kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə büdcə ayrılması önəmlidir", - deyə komitə sədri bildirib.
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı










