Riskli manevrlər etmək və yarışmaq olmaz – AYNA-dan skuter sürənlərə ÇAĞIRIŞ - FOTO

Son günlər skuter istifadəçilərinin iştirakı ilə paytaxt ərazisində baş verən qəzalar bu istiqamətdə maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac yarandığını göstərir. Dəfələrlə Daxili İşlər Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən skuter sürənlərə çağırışlar edilsə də, yenə də bu nəqliyyat vasitəsilə qəza törədənləri görmək mümkündür.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yenə skuter istifadəçilərinə çağırış edib. Çağırışda bildirilib ki, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması və fiziki fəallığın artırılması baxımından mikromobillik vasitələrindən istifadə böyük önəm daşıyır.
“Bu baxımdan AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Zolaqların əhatəliliyi böyüdükcə, mikromobillik vasitələrindən istifadə edənlərin sayı da artır. Çünki mikromobillik zolaqlarında insanlar özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata bilirlər. Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir.
Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. AYNA tərəfindən mütəmadi olaraq skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur.
Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib məqamlar var:
- Skuter istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc sistemi, təkərlərin vəziyyəti, işıqlandırma, sükanın idarəetməsi və batareya səviyyəsi nəzərdən keçirilməlidir;
- Skuterdən tək istifadə etmək lazımdır. Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın pozulmasına səbəb olur, qəza riskini artırır;
- Skuterdən istifadə zamanı sükanı iki əllə saxlamaq lazımdır;
- Skuterdən istifadə edən zaman riskli manevrlər etmək və yarışmaq olmaz. Bu, həm skuter istifadəçisi, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır;
- Mikromobillik zolağı olmayan hissələrdə yolun sağ tərəfi ilə hərəkət etmək vacibdir;
- Piyada zolağına çatdıqda skuterdən enmək və yolu piyada kimi keçmək önəmlidir;
- Skuterdən istifadə zamanı yol nişanları, nişanlanma xətləri və işıqforun siqnallarına əməl etmək mütləqdir;
- Skuterdə yüksək səslə musiqi dinləmək məsləhət görülmür. Bu, diqqəti yayındırır, siqnalları və ətrafdakı səsləri eşitməyə mane olur.
Xatırladaq ki, qanunvericiliyə görə, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilir”.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












