Rizvan Nəbiyev: "Kiberhücumlara həm hüquqi, həm də fiziki şəxslər məruz qala bilərlər"

"Digitallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardan, hətta yüksək inkişaf etmiş sənaye dövlətləri belə sığortalanmayıb. Kiberhücumlara həm hüquqi, həm də fiziki şəxslər məruz qala bilərlər. Misal üçün, bir neçə il əvvəl Almaniya parlamentinin (Bundestaq), eləcə də onun ayrı-ayrı üzvlərinə müəyyən vaxtlarda olan hücumları və onun ağır texniki və hüquqi nəticələrini qeyd etmək yerinə düşər".
Avtosfer.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, belə kiberhücumların qarşısının alınması, həm də hüquqi və digər nəticələrindən qorunmaq üçün mövcud hüquqi və texniki imkanlardan istifadə çox vacibdir:
"Yəni mövcud texniki və hüquqi məqamlardan yerində və vaxtında istifadə digər problemlərdən yayınmaq üçün önəmlidir. Ona görə də komissiyadan mövcud hüquqi alətlər və texniki imkanlar barədə iştirakçıların və ictimaiyyətin məlumatlandırılmasını xahiş edirəm".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












