"Rozmarin" restoranı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Qurumdan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 31-də ölkə üzrə 436 ictimai iaşə obyektində 742 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, R. M. Şərifli küç., ev 2524 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus “Çayçı” kafesi;
2. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus “Rozmarin” restoranı;
3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən, fiziki şəxs Yaqubova Vüsalə Bəkir qızına məxsus “Osman bəy” restoranı;
4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Muxtar Hüseynov küç., ev 31A ünvanında yerləşən, fiziki şəxs Səfərov Nurlan İmran oğluna məxsus “Şam bağı” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küç., ev 13V ünvanında yerləşən, fiziki şəxs İsmayılov Mirnemət Mirbəşir oğluna məxsus kafe;
6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Tural Polad oğluna məxsus “Ülkər lahmacun" kafesi;
7. Gəncə şəhəri, Ş. İ. Xətai küçəsində yerləşən, fiziki şəxs Əliyev Əziz Camal oğluna məxsus kafe;
8. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Kazımov Elman Ələsgər oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










