Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır

Rusiyanın “Utair” aviaşirkəti sentyabrda Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Utair”in prezidenti Oleq Semenov deyib.
Onun sözlərinə görə, hazırda şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. Həmçinin “Utair” cədvəlində Gəncə və Naxçıvana da uçuşlar var.
“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər tətbiq edirik”, - deyə Oleq Semenov qeyd edib.
Samara-Bakı və Sankt-Peterburq-Bakı üzrə uçuş cədvəli:
|
Marşrut |
Gün |
Gediş |
Dönüş |
|
Samara-Bakı |
Cümə axşamı, Cümə Bazar |
13:00 |
16:25 |
|
Sankt-Peterburq-Bakı |
Bazar ertəsi Çərşənbə Cümə axşamı Cümə |
10:15 |
16:40 |
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











