Rusiya aviaşirkəti iyulun 10-dan Moskvadan Antalyaya uçuşlara başlayacaq

Rusiyanın "S7 Airlines" aviaşirkəti iyulun 10-dan etibarən Moskvadan Antalyaya birbaşa sərnişin aviareysləri üzrə uçuşlara başlayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin mətbuat xidmətindən bildirilib. "S7 10 iyul tarixindən etibarən Moskva-Antalya marşrutu üzrə müntəzəm gündəlik uçuşlar həyata keçirməyi planlaşdırır", - aviaşirkətdən qeyd olunub.
Bundan əvvəl Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova Türkiyə ilə hava əlaqəsinin 22 iyundan etibarən bərpa ediləcəyini açıqlamışdı. 15 apreldən bəri Rusiya Türkiyədə koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən bu ölkəyə uçuşları məhdudlaşdırmışdı. Uçuşların sayı qarşılıqlı olaraq həftədə ikiyə endirilmişdi.
"Aeroflot" aviaşirkəti artıq 25 iyun tarixindən etibarən Türkiyəyə uçuşların sayının artırdığını bildirib. Aviadaşıyıcı Moskvadan İstanbula uçuşları gündə iki dəfəyədək artırmağı, həmçinin Moskvadan Antalya, Bodrum və Dalamana uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əvvəl, "Pobeda" aviaşirkəti də iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpa olunacağını elan etmişdi.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












