Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb

Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb.
Bunu Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Overçuk noyabrın 28-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin bu məsələni qaldırdığını söyləyib.
Rusiya hökumətinin sədr müavini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi barədə də danışıb. Bildirib ki, “Şimal-Cənub” dəhlizi qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir: “Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi kompleks şəkildə nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”.
Overçuk qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana uzanan qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.
“Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu, müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir. Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”, – deyə Rusiya hökumətinin sədr müavini yekunlaşdırıb.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












