Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır - FOTO - YENİLƏNİB

“Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir”.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür:
“Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür”.
15:10
Azərbaycanla sərhəddə törətdiyi təxribatın ağır nəticələrini yaşayan Ermənistan indi də informasiya sahəsində destruktiv fəaliyyətlə məşğuldur.
“Caliber”in məlumatına görə, Ermənistan mətbuatında guya Azərbaycan ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər dərc edilib.
Azərbaycan tərəfi isə bunu miskin vəziyyətdə olan Paşinyan rejiminin Moskvanı öz sərhəd avantürasına cəlb etmək cəhdi kimi qiymətləndirir.
İstisna edilmir ki, itirəcək heç nəyi qalmayan İrəvan özü müxtəlif təxribatlar törədir və dezinformasiya yayır.
oxu.az
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb










