Rusiya paytaxtından 1,5 min miqrant deportasiya olunur

Moskvanın hüquq-mühafizə orqanları ölkədə qanunsuz yaşayan 1,5 min xarici vətəndaşın müxtəlif qanun pozuntularına görə Rusiyadan çıxarılması barədə qərar qəbul edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xarici vətəndaşların üçdə biri artıq deportasiya edilib.
"Nəticədə, təxminən 1,4 min xarici vətəndaş barəsində deportasiya qərarı qəbul edilib və 450-dən çox xarici vətəndaş deportasiya edilib", - məlumatda qeyd olunub.
Polisin məlumatına görə, 2025-ci ilin əvvəlindən Moskvada müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 240-dan çox vətəndaş aşkar edilib.
Bundan əlavə, ötən dövr ərzində 32 şəxs barəsində Rusiya vətəndaşlığının ləğvi barədə qərarlar qəbul edilib.
Qurumdan bildirilib ki, cari ilin əvvəlindən miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu aşkar edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












