Rusiya QXC-nin Qarabağa göndərdiyi humanitar yardımın paylanılmasının görüntüləri yayıldı - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlıların Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Xankəndiyə göndərdiyi humanitar yük maşınını boşaltması ilə bağlı görüntülər yayılıb.
Bu barədə məlumat Rusiya sülhməramlılarının “Telegram” kanalında yer alıb.
Yük maşını Qarabağın erməniəsilli sakinlərinə ərzaq, geyim, gigiyena və uşaq dəstləri, eləcə də zəruri mallar çatdırıb.
Məlumata görə, hər bir ərzaq paketinə 11 kiloqramdan çox məhsul - günəbaxan yağı, şəkər, un, dənli bitkilər, makaron və bişmiş ət daxildir. Uşaq dəstlərinə kisel, vitaminlər, uşaq pudrası və yeməklər, diş fırçası və balıq yağı daxildir. Yük maşını ilə həmçinin yataq dəstləri, adyal və yastıqlar gətirilib.
Xatırladaq ki, Qarabağın erməni sakinlərinə yük Ağdam-Xankəndi yolu ilə çatdırılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qızıl Xaç Cəmiyyəti arasında Rusiya Federasiyası Hökumətinin təşəbbüsü ilə imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin tələbatının ödənilməsi məqsədilə sentyabrın 9-da saat 14:30-da ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir ədəd yük avtomobili “Samur” keçid məntəqəsi vasitəsilə Azərbaycana keçib. Avtomobil sentyabrın 12-də səhər saatlarında Xankəndiyə gəlib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










