Rusiya təyyarələri Suriyadan silah çıxarmağa davam edir

Rusiya Federasiyası ordusunun hərbi-nəqliyyat təyyarələri silahların çıxarılması üçün Suriyadan Rusiya ərazisindəki aerodromlara xidmətini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) “Facebook”da məlumat yayıb.
"2024-cü il dekabrın 15-də Rusiya qoşun karvanları ölkənin dərinliklərindən Kremlin nəzarəti saxlamaq istədiyi və saxlamağa ümid etdiyi Xmeymim və Tartus bazalarına çəkilməkdə davam edib", deyə GUR qeyd edib.
Həmçinin, Rusiya Federasiyasının hərbi-nəqliyyat təyyarələri Suriyadan Rusiya ərazisindəki aerodromlara, xüsusən Çkalovsk, Nijni Novqorod və Mahaçqalaya marşal hərəkətini davam etdirib.
Rusiya Müdafiə Nazirliyinin strukturuna daxil olan 196-cı Hərbi Nəqliyyat Aviasiya Alayının İl-76MD, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin iki İl-76MD və 224-cü Uçuş Eskadrilyasının iki An-124-100 təyyarəsindən istifadə edib.
Britaniya kəşfiyyatının məlumatına görə, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya bu ölkədəki hərbi bazalarına nəzarəti saxlamağa çalışacaq.
"Bloomberg" məlumatlı mənbələrə istinadən qeyd edib ki, Rusiya Suriyanın yeni rəhbərliyi ilə Bəşər Əsəd rejiminin devrilməsindən sonra özünün iki hərbi bazasını qorumaq üçün razılığa yaxınlaşır.
Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Dmitri Pletençukun sözlərinə görə, ruslar Suriyanın Tartusdakı bazasında sualtı qayıqlar, freqatlar, raketdaşıyanlar və iri amfibiya gəmiləri saxlayıblar. O, həmçinin təsdiqləyib ki, Rusiya Federasiyası faktiki olaraq Aralıq dənizinin suları üzərində nəzarəti tamamilə itirib.
(hit.az)
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










