Banner

Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı

Hadisə 9 Noyabr 2026 12:24
Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
WhatsApp kanalımıza abunə olun

Rusiyanın Stavropol diyarında bir nəfər yanğını söndürməyə çalışan yanğınsöndürənlərin avtomobilini qaçırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, Novoaleksandrovsk şəhərində 47 yaşlı şəxs öz həyətində tonqal qalayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürməyə çalışarkən ev sahibi onların avtomobilini qaçırıb.

Qısa müddət sonra polis əməkdaşları həmin şəxsi yolda saxlayıblar. O, polisə bıçaqla hücum etməyə cəhd etsə də, əməkdaşlar onu zərərsizləşdirə biliblər.

Araşdırma zamanı həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunduğu məlum olub.

Oxunub : 40
ŞƏRH YAZ
Ad

E-mail

Şərh