Rusiya təyyarəsində “Vaqner” həyəcanı: Qorxan sərnişin qapını açıb qaçmağa çalışdı - VİDEO

Rusiyanın “S7 Airlines” aviaşirkətinin Novosibirsk - Sankt-Peterburq reysində maraqlı hadisə yaşanıb.
Belə ki, sərnişinlərdən birinin təşvişi səbəbindən təyyarənin uçuşu iki saat ləngiyib.
Sərnişin üç “Vaqner” döyüşçüsünün onu izlədiyini iddia edib və buna görə qorxuya düşüb.
39 yaşlı Vitali adlı sərnişin təyyarə uçuş zolağında hərəkət etməyə başlayana qədər özünü sakit aparıb. Lakin bu zaman o, üç “ruh” görüb, yerindən sıçrayıb və təyyarənin burun hissəsinə doğru qaçıb. Təyyarənin qapısını açmağa çalışan Vitali daha sonra pilotların kabinəsinə soxulmağa cəhd edib. O, pilotların üzərinə qışqıraraq onlardan hərəkəti dayandırmağı və dərhal onu buraxmağı tələb edib.
Stüardessalar sərnişini sakitləşdirməyə və onu reallığa qaytarmağa çalışsalar da, bu heç bir nəticə verməyib. Sərnişin heç bir şəkildə sakitləşə bilməyib.
Nəticədə təyyarənin göyərtəsinə polis və təcili yardım əməkdaşları daxil olublar. Sərnişin ruhi xəstəxanaya aparılıb.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












