Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini müzakirə edib

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin və İranın yol və şəhərsalma nazirinin müavini Huştanq Bazvand Rəşt - Astara dəmir yolunun tikintisini müzakirə ediblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. "Bu layihə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas elementlərindən biri və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizinin işinin mühüm hissəsidir. Layihənin həyata keçirilməsinə həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir", - A.Nikitin vurğulayıb. Dəmir yolunun bu hissənin tikintisi "Şimal – Cənub" dəhlizi boyunca yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Tərəflər həmçinin layihənin uğurla həyata keçirilməsi üçün gələcək əməkdaşlığa, təcrübə mübadiləsinə və fəaliyyətlərin əlaqələndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək. İranın Moskvadakı səfiri Kazım Cəlali bu ilin aprelində bəyan etmişdi ki, Rəşt-Astara dəmir yolu ən tezi 3-4 ildən sonra tikilə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












