Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət aldı

Yekaterinburq prokurorluğu 2000-ci ildə iş adamı Aleksey Zubakini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı biznesmen Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv etməyə çalışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.
Sentyabrın 17-də məsələyə baxan Sverdlovsk vilayət məhkəməsi isə N.Məmmədov barəsində verilən hökmü qüvvədə saxlayıb.
Maraqlıdır ki, bundan əvvəl məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir.
Qətl hadisəsi 2000-ci il dekabrın 21-də A.Zubakinin evinin yaxınlığında baş verib. Mərhum Dmitri Deyç adlı şəxslə görüşmək üçün avtomobili ilə evinin yerləşdiyi küçəyə yaxınlaşıb. Zubakin binaya daxil olmaq istədikdə, naməlum şəxs iki tapançadan ona atəş açıb. İş adamı hadisədən iki gün sonra xəstəxanada vəfat edib.
Fotoda: Nəsimi Məmmədov
Qatili isti izlərlə saxlamaq mümkün olmayıb. Zubakinin həm də ailəvi dostu olan Deyç hadisədə şahid olaraq göstərilib, ölümündən sonra isə biznesinin əsas sahibinə çevrilib.
2022-ci ilin martında isə Dmitri Deyç, mütəşəkkil cinayətkar dəstənin keçmiş lideri Mixail Klok və Nəsimi Məmmədov saxlanılıb. Bu zaman Deyç biznes şərikinin qətlini 15 min dollar müqabilində Kloka sifariş etdiyini bildirib. M.Klok isə saxlanıldıqdan sonra guya istintaqla əməkdaşlıq edib və bildirib ki, qətli onun keçmiş sürücüsü Nəsimi Məmmədov icra edib. Azərbaycanlı isə öz növbəsində qətldə iştirakını təkzib edib.
Məmmədovun vəkilləri bildirib ki, müvəkkillərinin eyni anda iki tapança ilə atəş açmaq bacarığı yoxdur. Bununla yanaşı, onun həmin gün xəstəxanada olduğu təsdiq olunub.
2023-cü ildə Deyç xəstəlikdən vəfat edib, Məmmədovu isə məhkəmə günahsız elan edib. Yekaterinburq prokurorluğu üç dəfə bəraət hökmünün ləğvinə çalışsa da, buna nail olmayıb.(qafqazinfo)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












